Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqilliyimiz əbədidir” adlı  dəyirmi masa keçirildi.

16.10.2021

15.10.2021-ci il tarixində  Kəlbəcər  rayon  Mərkəzləşdirilmiş  Kitabxana Sisteminin Oxuculara  Xidmət şöbəsi 18 oktyabr  Müstəqilliyin  Bərpası  günü ilə əlaqədar olaraq “Müstəqilliyimiz əbədidir” adlı  dəyirmi masa keçirildi.

  Dəyirmi masanı Oxuzal müdiri  Həbibullayeva  Mehriban  açaraq, Azərbaycanın ərazi  bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla  yad edilməsini xahiş etdi. Azərbaycan  xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etməsindən danışdı. Metodika və Biblioqrafiya şöbəsinin müdiri Mamedova  Gülnarə, kitabxanaçı  Abbasova  Sevinc çıxış edərək bildirdilər ki,  XX yüzilliyin sonlarında SSR-nin süquta uğraması ilə yaranan  əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan  nəticəsində  Azərbaycan  xalqı XX yüzillikdə ikinci dəfə Müstəqil bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində ikinci parlaq qələbəsi idi. 1991-ci ilin  oktyabrın 18-dən Azərabycan Müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayramı qeyd etməsindən danışdılar.

Dəyirmi masa karantin rejimi qaydalarına uyğun olaraq keçirildi.